Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Milad bayramı ilə bağlı atəşkəsə çağırış edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rus Pravoslav Kilsəsinin saytında bildirilib.
“Mən, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, daxili münaqişədə iştirak edən bütün tərəflərə 6 yanvar saat 12:00-dan 7 yanvar saat 24:00-dək atəşi dayandırmağa və Milad atəşkəsi elan etməyə çağırıram ki, pravoslavlar Milad ərəfəsində və İsa Məsihin Doğulduğu gün mərasimlərdə iştirak edə bilsinlər”, - deyə Patriarxın müraciətində qeyd olunub.







jpg-1675488979.webp)







