• Bakı 25° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rusiya və Çin arasında kritik görüş

DÜNYA

03 Fevral 2023 | 23:46 | Müəllif: Subhan Mahmudov

Rusiya və Çin arasında kritik görüş

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Moskvada Çin xarici işlər nazirinin müavini Ma Çjaoxu ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

"Moskva və Pekin arasında BMT-də, o cümlədən onun Təhlükəsizlik Şurası və Baş Assambleyası, eləcə də bir sıra ixtisaslaşmış qurumlar çərçivəsində qarşılıqlı fəaliyyətinin müxtəlif aspektləri diqqətlə nəzərdən keçirilib. Tərəflər BMT məkanında dövlətlərimiz arasında sıx tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyətə əsaslanan ənənəvi sıx ikitərəfli əməkdaşlığı yüksək qiymətləndiriblər. Biz əsas beynəlxalq məsələlərə baxılarkən maraqların və narahatlıqların qarşılıqlı nəzərə alınmasına prinsipial münasibət nümayiş etdirmişik", - Rusiya XİN-dən verilən məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026