• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Madaqaskarda iğtişaşlar: 22 ölü, 100-dən çox yaralı...

DÜNYA

29 Sentyabr 2025 | 23:37 | Müəllif: Subhan Mahmudov

Madaqaskarda iğtişaşlar: 22 ölü, 100-dən çox yaralı...

Madaqaskarda iğtişaşlar zamanı azı 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk deyib.

"Azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən öldürülən etirazçılar, habelə iğtişaşlar və qarətlər zamanı həlak olanlar var", - deyə o qeyd edib.

Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisinin və suyun kəsilməsinə qarşı nümayişlər başlayıb və iğtişaşlara çevrilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026