• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Mahmud Abbas Rusiyaya səfər edəcək

DÜNYA

09 Yanvar 2024 | 19:23 | Müəllif: Subhan Mahmudov

Mahmud Abbas Rusiyaya səfər edəcək

Fələstin prezidenti Mahmud Abbasın fevral ayında Rusiyaya səfər edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin prezidentinin müşaviri Mahmud əl-Habbaş məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

"Konkret tarix hələ ki, təyin edilməyib. Lakin çox güman ki, səfər fevral ayında baş tutacaq", - o deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Mixail Boqdanov jurnalistlərə Mahmud Abbasın 15 noyabr 2023-cü ildə səfər edəcəyi barədə məlumat vermişdi. Lakin səfər Fələstin tərəfinin istəyi ilə təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026