• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Malayziya Rusiya ilə danışıqların aparılmasını təkzib edib

DÜNYA

07 May 2022 | 21:20 | Müəllif: Subhan Mahmudov

Malayziya Rusiya ilə danışıqların aparılmasını təkzib edib

Malayziyanın xarici işlər naziri Seyfuddin Abdulla “Aeroflot” aviaşirkətinin birbaşa reyslərinin açılması, eləcə də elektron məhsulların ixracı ilə bağlı Rusiya tərəfi ilə danışıqların aparılması barədə məlumatı təkzib edib.

Bu barədə Bakıvaxtı.az “Bernama” agentliyinə istinadən xəbər verir.

“Mən bu məsələlərə aydınlıq gətirmək istəyirəm, çünki anlaşılmazlıqlar yarana bilər və Malayziyanın maraqlarına toxuna bilər. Malayziya beynəlxalq ticarətlə məşğul olan bir dövlət olaraq xarici avişirkətləri qəbul etməyə açıqdır.

“Aeroflot”un reyslərinin açılması ilə bağlı danışıqlar aparılmır. Bundan əlavə, yarımkeçiricilər və elektronikanın Rusiyaya ixracı imkanları heç vaxt müzakirə olunmayıb”-deyə, nazir əlavə edib.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026