• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Manaf dostlarını sildi: "Müğənnidən müğənniyə...."

MƏDƏNİYYƏT

04 Aprel 2022 | 19:49 | Müəllif: Subhan Mahmudov

Manaf dostlarını sildi: "Müğənnidən müğənniyə...."

Müğənni Manaf Ağayev daha şou-biznesdə heç kəslə dostluq etməyəcək.

Bakıvaxtı.az xəbər verirki, bu barədə lent.az-a açıqlamasında "Toylar kralı"nın özü məlumat verib. O bildirib ki, bu qərarı verməkdə son zamanlar başına gələn hadisələrdə sənət aləmində olan dostlarının vəfasızlığı olub: 

"Deyirlər ki, müğənnidən müğənniyə dost olmaz. Bu fikirlə razıyam. Müğənnidən müğənniyə yalnız yoldaş ola bilər. Dost ağır sözdür. Dostun xeyri xeyrin, ziyanı ziyanın olmalıdır. İnsanın dar günü olur. Kim olursan ol, gözün dostlarını axtarır. Məsəl var ki, güvəndiyim dağlar sənə də qar yağarmış.

Bu sözlərim sənətçilərə aiddir. Biri deyirdi, sən mənim əmim, digəri deyirdi, sən dayım, bəzisi də deyirdi ki, ağsaqqalım, atamsan. Bağımda tonlarla çörək kəsdiyim insanlar idi. Mən onların yerinə utandım. Mən nə səhv yaşamışam. Bir şəklimi paylaşıb, "qardaş dözümlü ol" yaza bilərdilər. Amma onu da etmədilər. Burda nə var idi ki?  

Azadlığa çıxandan sonra mənə zəng edənlər və etməyənlər də oldu. Amma artıq onlar mənim üçün maraqsız idi. Bundan sonra hamısı ilə ancaq "salam",, "sağ ol" olacaq. Dostluq qətiyyən".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026