Bu gün ABŞ-da kritik inflyasiya rəqəmi açıqlanacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, FED-in 2024-cü ildə faizləri aşağı salmağa başlayacağına dair proqnozlara işıq salacaq inflyasiyanın illik bazda 3,2 faizə düşəcəyi gözlənilir.
Bunun manata nə kimi təsirləri olacaq?
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan manatına neftin qiymətindən başqa heç nə təsir etmir: “Azərbaycan manatı inzibati qaydada tənzimləndiyindən məzənnə inzibati qərarla müəyyənləşdirilir”.
Ekspert bi il manatla bağlı hər hansı prosesin olacağını düşünmür: “Birincisi, ölkənin valyuta ehtiyatları kifayət qədərdir, ikincisi, bu il ard-arda bir neçə seçki ilidir. Ona görə də, manatın məzənnəsi ilə bağlı bu il hər hansı dəyişiklik olacağını düşünmürəm. Lakin bu, daim o səviyyədə qalacağı demək deyil”.
“Təbii ki, bu il olmasa da, gələn il, o biri il məzənnə dəyişikliklərinə getmək məcburiyyəti yaranacaq”, - deyə Natiq Cəfərli vurğulayıb.
Aytac Aslan















