• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Təcridxanada dərman vasitələrinin saxlanılma qaydalarına riayət edilmədiyi aşkarlanıb

CƏMİYYƏT

09 Fevral 2024 | 17:53

Təcridxanada dərman vasitələrinin saxlanılma qaydalarına riayət edilmədiyi aşkarlanıb

Təcridxanada dərman vasitələrin saxlanılması qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Milli Preventiv Qrupun üzvləri tərəfindən penitensiar müəssisələrə başçəkmələr zamanı pozuntular mşahidə edilib.

Qeyd edilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxış keçirilib, saxlanma şəraiti və rəftar, tibbi yardımın təşkili, yemək-qidalanma, isti və soyuq su təminatı, gəzinti görüş və telefon danışıqları ilə bağlı vəziyyət araşdırılıb və sənədləşmə yoxlanılıb.

Cərimə təcridxanasına baxış zamanı burada təmir işlərinin aparıldığı, lakin natəmizliyin mövcud olduğu, dərman vasitələrinn saxlanılması qaydalarına riayət edilmədiyi müşahidə edilib.

MPQ üzvləri tərəfindən 30-dan çox məhkum fərdi qaydada qəbul olunub. Məhkumlar müəssisədə müayinə və müalicə məsələləri ilə bağlı müəyyən çətinliklərin olduğunu bildiriblər. Bəzi məhkumların Ombudsmana yazılı müraciəti də qəbul olunub.

Başçəkmənin yekununda aşkar edilən çatışmazlıqlar müəssisə rəhbərliyinin diqqətinə çatdırılmaqla onların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026