Astarada nəzarətsiz qalan körpənin yıxılması ölümünə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Pensər kəndində baş verib.
Belə ki, “manej”də oynayarkən yıxılan 8 aylıq körpə İ.H. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
















