• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Mingəçevirdə güclü külək ağacları aşırıb: ölən var - YENİLƏNİB

HADİSƏ

21 Iyun 2024 | 00:02 | Müəllif: Subhan Mahmudov

Mingəçevirdə güclü külək ağacları aşırıb: ölən var - YENİLƏNİB

Mingəçevirdə güclü küləyin ağacları aşırması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan biri - 2003-cü il təvəllüdlü R.Qasımzadə ölüb.

Digər zərərçəkənlər - 1969-cu il təvəllüdlü G.Sadıqov, 1994-cü il təvəllüdlü Y.Nuriyev, 1981-ci il təvəllüdlü R.Qədirov və 2 azyaşlıdır.

Onların vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

 

***21:52

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026