• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Maradonanın oğlu Kvaratsxeliyadan danışdı

İDMAN

16 Oktyabr 2022 | 21:36 | Müəllif: Qalib İbrahimoğlu

Maradonanın oğlu Kvaratsxeliyadan danışdı

“Napoli”nin əfsanəvi hücumçusu Dieqo Maradonanın oğlu gürcü futbolçu Xviça Kvaratsxeliyanın İtaliya klubundakı oyununu dəyərləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, kiçik Dieqo Armando Maradona qeyd edib ki, Xviça güclü oyunçudur: "O, yüksək oyun keyfiyyətinə, şəxsiyyətə və gələcək inkişaf üçün imkanlara malikdir. Əminəm ki, o, daha da yaxşı oynayacaq. Atam bu kollektivlə fəxr edər, sinəsini qabağa verib yeriyərdi. Buna heç bir şübhəm yoxdur. Mən onun “Napoli”ni göydən izləyərək həzz aldığını düşünürəm”.

Qeyd edək ki, Kvaratsxeliya bu ilin iyulunda “Dinamo”dan (Batumi) “Napoli”yə keçib.

Xatırladaq ki, Xviça Kvaratsxeliyaya “Şəmkir” klubunun heyətində göstərdiyi oyun ilə Azərbaycan azarkeşlərinin sevimlisinə çevrilmiş Badri Kvaratsxeliyanın oğludur (oxu.az). Ata Kvaratsxeliya futbol üzrə Azərbaycan millisində də çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026