• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" Ukrayna millisinin forvardı ilə maraqlanır

İDMAN

14 Noyabr 2022 | 21:54 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" Ukrayna millisinin forvardı ilə maraqlanır

"Qarabağ" ötən yaydan etibarən Ukrayna millisinin və "Dinamo"nun (Kiyev) futbolçusu Artyom Besedinlə maraqlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sport.ua" məlumat yayıb. 26 yaşlı hücumçunun qış transfer pəncərəsində Ağdam təmsilçisinə keçəcəyi gözlənilir.

Mənbəyə görə, futbolçunu heyətinə qatmaq istəyən klublar arasında Türkiyənin "Kasımpaşa" və "Sivasspor" komandaları da var.

Qeyd edək ki, Artyom Besedin 2014/15 mövsümündən çıxış etdiyi "Dinamo"da (Kiyev) ümümilikdə 149 oyuna çıxıb. O, bu müddətdə 35 qol və 10 qol ötürməsi verib. Forvard 2016-2021-ci illər ərzində isə 19 oyunda Ukrayna millisinin formasını geyinib və 2 qol vurub.(offsideplus.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026