• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

İDMAN

13 Dekabr 2022 | 21:16 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Beş gün əvvəl “Azersun Arena”da Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn komandalar bu dəfə çempionat çərçivəsində eyni məkanda qarşılaşıblar. Birinci hissəsi qolsuz keçən görüşün taleyini fasilədən sonra vurulan top həll edib. Ramil Şeydayev 68-ci dəqiqədə penaltidən fərqlənərək, “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR