Şahmat üzrə Dünya Kuboku 2023-cü ildə Bakıda keçiriləcək.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Şahmat Federasiyasından bildirilib.
Məlumata görə, bununla bağlı Beynəlxalq Şahmat Federasiyası (FİDE) qərar qəbul edib.
Dünya Kuboku 2023-cü il iyulun 29-dan avqustun 26-dək Bakıda keçiriləcək.
















