• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Neftçi”nin yoxlama görüşü ləğv olundu

İDMAN

12 Yanvar 2023 | 16:26

“Neftçi”nin yoxlama görüşü ləğv olundu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin bir yoxlama görüşü ləğv olunub.

Bakıvaxtı.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisinin yanvarın 15-də Serbiya təmsilçisi “Baçka Topola” ilə keçirməsi planlaşdırılan oyun baş tutmayacaq.

Buna səbəb həmin gün komandanın Polşa “Medz Leqnisa”sı ilə üz-üzə gəlməsidir. Məşqçilər korpusu futbolçuların zədələnmə ehtimalını nəzərə alaraq, matçın ləğvinə qərar veriblər.

Qeyd edək ki, Türkiyədəki ilk yoxlama görüşündə Macarıstan “Vaşaş”ı ilə (1:1) heç-heçə edən “Neftçi” yanvarın 19-dakı son qarşılaşmasında Serbiya klubu “Srvena Zvezda” ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026