• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Sumqayıt" daha bir transferini açıqladı

İDMAN

10 Fevral 2023 | 10:57

"Sumqayıt" daha bir transferini açıqladı

“Sumqayıt” klubu Kamran Əliyevin transferini açıqlayıb.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, Rusiyanın “Arsenal” (Tula) klubunda çıxış edən 25 yaşlı hücumçu “gənclik şəhəri” təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

Azərbaycanın U-21 yığmasının keçmiş oyunçusu yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb. Əliyev “Sumqayıt”da 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rusiyanın “Ximki” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində “SKA Xabarovsk” və “Arsenal” komandalarında da çıxış edib. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 2 oyun keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR