• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Qarabağ”ın avrokubok oyunlarıla bağlı YENİLİK

İDMAN

12 Yanvar 2023 | 16:06

“Qarabağ”ın avrokubok oyunlarıla bağlı YENİLİK

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.

Bakıvaxtı.az  qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.

Pley-off mərhələsinin matçları fevralın 16-da və 23-də baş tutacaq. “Qarabağ” ilk oyununa Bakıda, cavab görüşünə isə səfərdə çıxacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026