• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Skolari məşqçi karyerasını bitirdi

İDMAN

15 Noyabr 2022 | 00:51 | Müəllif: Subhan Mahmudov

Skolari məşqçi karyerasını bitirdi

Braziliya millisinin sabiq baş məşqçisi Luis Felipe Skolari karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bunu 74 yaşlı mütəxəssis Braziliya mətbuatına özü açıqlayıb.

Bu ilin mayından “Atletiko Paranaense”ni çalışdıran Skolarinin komandası Braziliya A seriyasının son turunda “Botofoqo”nu 3:0 hesabı ilə məğlub edərək 6-cı yeri tutub. Bu, komandaya Libertadores kubokuna vəsiqə qazandırıb.

Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Braziliya millisi 2002-ci ildə Skolarinin rəhbərliyi altında dünya çempionu olub. 2004-cü ildə isə Portuqaliya yığması onun rəhbərliyi ilə Avropa çempionatının finalına yüksəlib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR