• Bakı 10° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Marina Ovsyannikova qiyabi həbs edildi

DÜNYA

20 Oktyabr 2022 | 23:41 | Müəllif: Subhan Mahmudov

Marina Ovsyannikova qiyabi həbs edildi

Moskvanın Basmannı məhkəməsi Rusiya ordusu barədə feyk məlumatlar yaymaqla bağlı cinayət işi üzrə axtarışda olan “Birinci Kanal”ın keçmiş əməkdaşı Marina Ovsyannikova barəsində qiyabi həbs qərarı çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Məhkəmə istintaqın vəsatətini təmin edib və Ovsyannikova barəsində Rusiya ərazisində saxlandığı və ya ekstradisiya edildiyi andan iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, - bildirib.

Onun vəkili Dmitri Zaxvatovun bundan öncə Ovsyannikovanın Rusiyanı tərk etdiyi və hazırda Avropa ölkələrindən birində yaşadığını söyləmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR