• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukraynanın erməni əsilli iş adamları İrəvana gəldi

DÜNYA

19 Noyabr 2022 | 22:02 | Müəllif: Subhan Mahmudov

Ukraynanın erməni əsilli iş adamları İrəvana gəldi

Ermənistan Prezidenti Vaaqn Xaçatryan erməni əsilli ukraynalı biznesmenlərlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Xaçatryan Ukraynadakı mövcud vəziyyəti nəzərə alaraq iş adamlarının gəlişini yüksək qiymətləndirdiyini bildirib.

O, belə bir formatın Ermənistan-Ukrayna biznes əlaqələrinin və ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün stimul olacağını, həmçinin Ukraynadakı erməni icmasının həyatında müsbət rol oynayacağını vurğulayıb.

Xaçatryan Ermənistandakı iqtisadi vəziyyət, digər məsələlərlə yanaşı, biznes üçün əlverişli şəraitin yaradılması, yeni texnologiyaların tətbiqi və rəqəmsallaşmaya yönəlmiş islahatlardan danışıb.

Qeyd edək ki, Ukraynadakı erməni əsilli biznesmenlərdən ibarət nümayəndə heyəti Ermənistana gəlib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR