• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İŞİD silahlıları İraqın bir neçə əsgərini öldürüb

DÜNYA

19 Noyabr 2022 | 22:47 | Müəllif: Subhan Mahmudov

İŞİD silahlıları İraqın bir neçə əsgərini öldürüb

İŞİD terror qruplaşmasının silahlıları Kərkük əyalətinin şimal-qərbində İraq ordusunun mövqelərinə hücum edərək, 4 əsgəri öldürüblər.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, Dibis ərazisindəki İŞİD yaraqlıları əsgərlərin silah və rabitə vasitələrini götürərək hadisə yerindən qaçıblar.

Bu, il ərzində ikinci belə hücumdur. Yanvar ayında İŞİD yaraqlıları Bakuba şəhəri yaxınlığındakı Əl-Əzim dağlıq bölgəsində kazarmalara soxularaq bir gözətçini öldürüb, 11 əsgəri isə yatarkən güllələyiblər.

Kərkük qubernatoru Rakan Səid əl-Ciburi "Associated Press"ə bildirib ki, hücum "təhlükəsizlik qüvvələrinin səhlənkarlığının nəticəsidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026