Marsda böyük miqdarda su olması ehtimalı ilə bağlı əlamətlər tapılıb.
Bakıvaxtı..az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar Marsda böyük yeraltı su anbarının planetin səthindəki okeanları doldurmaq üçün kifayət qədər maye suyun olduğuna dair sübutlar tapıblar.
Alimlər hesablayıblar ki, suyun miqdarı bir-iki kilometr qalınlığında olan təbəqə ilə planetin bütün səthini əhatə edə bilər. Mütəxəssislərin fikrincə, su 11,5-20 kilometr dərinlikdə Marsın qabığındakı kiçik çatlarda və məsamələrdə yerləşir.
Alimlər uzun müddətdir ki, təxminən 3 milyard il əvvəl planetdə mövcud olan su ilə nə baş verdiyini öyrənmək istəyirdilər. Onların fikrincə, yeni dəlillər göstərir ki, Marsdakı suyun çox hissəsi kosmosa "qaçmayıb", onun qabığında qalıb.