• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Masallıda avtomobil aşıb - xəsarət alanlar var

HADİSƏ

12 Fevral 2022 | 22:13 | Müəllif: Subhan Mahmudov

Masallıda avtomobil aşıb - xəsarət alanlar var

Masallı rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə Yardımlı-Masallı yolunun “İsti-su” sanatoriyasının yaxınlığında baş verib.

Belə ki, UAZ markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə Lerik rayonunun Nücü kənd sakinləri - 1973-cü il təvəllüdlü Yalçın Vəkil oğlu Ağayev, 1983-cü il təvəllüdlü Camal Bilal oğlu Rəhimov və 2004-cü il təvəllüdlü Yusif Siyavuş oğlu Seyfullayev müxtəlif dərəcəli bədən xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026