• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

5 gəmiçi məsuliyyətə cəlb olundu - FOTO

HADİSƏ

14 Mart 2022 | 14:10

5 gəmiçi məsuliyyətə cəlb olundu - FOTO

5 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakıvaxtı.az-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Xəzər dənizi sahilboyu ərazilərdə 16 asma mühərrikli qayıq saxlanılaraq sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin sürücülük vəsiqələri yoxlanılıb.

Təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (görmə məsafəsi məhdud olduğu hallarda günün qaranlıq vaxtı idarəetmə, sürücülük hüququ, habelə xilasetmə və digər təchizat avadanlıqları olmadan kiçikhəcmli gəmilərin istismarı, bort nömrəsinin olmaması) pozan 5 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.

Eyni zamanda, gəmi istifadəçiləri ilə maarifləndirici söhbətlər aparılıb.


5 gəmiçi məsuliyyətə cəlb olundu - FOTO5 gəmiçi məsuliyyətə cəlb olundu - FOTO5 gəmiçi məsuliyyətə cəlb olundu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026