• Bakı 10° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Masallının 4 kəndində qaz olmayacaq

CƏMİYYƏT

05 Avqust 2024 | 19:05 | Müəllif: Subhan Mahmudov

Masallının 4 kəndində qaz olmayacaq

Avqustun 6-da Masallı rayonunun dörd kəndində təbii qazın verilişi dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Qəriblər kəndində payız-qış tədbirlər planına uyğun olaraq diametri 159 mm-lik qaz xəttin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərində ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının 6 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir", - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR