• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Mayk Tayson yeni filmə çəkiləcək

MƏDƏNİYYƏT

18 May 2022 | 23:41 | Müəllif: Subhan Mahmudov

Mayk Tayson yeni filmə çəkiləcək

Dünyaşöhrətli idmançı Mayk Tayson tibb işçilərindən bəhs edən "Qara milçəklər" ("Black flies") adlı filmdə rol alacaq.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, ekran işi Şennon Berkin eyniadlı romanının əsasında çəkiləcək. Filmdə Nyu-York tibb işçilərindən və bu peşənin onların həyatına necə təsir etdiyindən bəhs edilir.

Ekran işinin rejissoru Jan-Stefan Sover olacaq. O, "Qaydasız döyüş", "Conni" və digər başqa filmlərilə tanınıb.

Filmdə Mayk Taysonla yanaşı Şon Penn və Tay Şeridan da çəkiləcək.

Qeyd edək ki, M.Tayson bu filmdə əsas rolu canlandıracaq. Bu M.Taysonun filmdə ilk rolu deyil, o, indiyə kimi bir çox başqa film və seriallarda da rol alıb.

"Qara milçəklər" filminin nə vaxt təqdim olunacağı hələ açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026