Dünyaca məşhur restoran şəbəkələrindən olan McDonald's ABŞ-da işçilərini ixtisar etməyə hazırlaşıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, McDonald's bu səbəbdən ölkədəki ofislərini müvəqqəti bağlayır.
Çikaqoda yerləşən sürətli xidmət restoran şəbəkəsinin keçən həftə ABŞ işçilərinə və bəzi beynəlxalq işçilərinə bazar ertəsindən etibarən evdən işləmələrini xahiş edən bir e-poçt göndərdiyi qeyd edilib.
Xəbərdə şirkətin işçilərindən qərargahda satıcılarla görüşlərini və bütün digər üzbəüz görüşləri ləğv etmələrini xahiş etdiyi bildirilib.
Sözügedən elektron poçtda aprelin 3-də başlayacaq həftədə şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarların bildiriləcəyi, lakin neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilmədiyi bildirilib.
McDonald's-ın baş direktoru Chris Kempczinski yanvar ayında verdiyi açıqlamada şirkətin bəzi işçilərinin ixtisar edilməsinin planlaşdırıldığını bildirib.
Ay Tac










jpg-1683095929.webp)




