• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Mədə ağrısından əziyyət çəkənlərin NƏZƏRİNƏ

CƏMİYYƏT

11 Mart 2025 | 13:01

Mədə ağrısından əziyyət çəkənlərin NƏZƏRİNƏ

Ağır yeməklərdən qaynaqlanan mədə ağrılarını təbii üsullarla qısa müddətdə aradan qaldırmaq mümkündür.

Bakıvaxtı.az xəbər verir ki, mədə ağrısı müxtəlif səbəblərdən yarana bilər.

Aşağıdakı bitki çayları həm stressi, həm də mədə ağrılarını azaltmağa kömək edir:

Razyana çayı:  

Razyana çayı əzələləri rahatlaşdıran quruluşu ilə əzələləri rahatlamağa kömək edir. Stressi azaldan və rahatlamanıza kömək edən razyana çayını gündə bir stəkan içmək mədə ağrılarından xilas olmaq üçün kifayət edər. Razyana çayı yuxuya getməyi asanlaşdıran quruluşu ilə yuxu keyfiyyətini də artırır.

Lavanda çayı: 

Rahatlaşdırıcı bitki çaylarından biri olan lavanda çayı sinir sistemini rahatlamağa kömək edir. Yuxu problemlərini də aradan qaldırmağa kömək edən bu çay həzmi dəstəkləyən quruluşu sayəsində mədə ağrılarını aradan qaldırmağa imkan verir. Mədə ağrısına qarşı bir stəkan lavanda çayı dəmləyib içə bilərsiniz. 

Çobanyastığı çayı:  

Ən rahatlaşdırıcı bitki çaylarından biri hesab edilən çobanyastığı çayı həm də stress və narahatlıqdan qurtulmağın açarıdır. Yuxusuzluğa qarşı istifadə edə biləcəyiniz çobanyastığı çayı həzm sistemini rahatlaşdırır. Mədə ağrılarından qurtulmağa kömək edir. 

Melissa çayı:  

Melissa çayı da sakitləşdirici quruluşu sayəsində mədə ağrılarını aradan qaldırmağa kömək edən bitki çayları arasındadır. Mədə ağrılarından asanlıqla xilas olmaq üçün bir stəkan melissa çayı içə bilərsiniz. Bundan əlavə, melissa çayı da yuxu problemlərini aradan qaldırmağa kömək edir. 

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Mart 2025