Meksikanın cənub-şərqində 5,4 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb.
Yeraltı təkanın Qvatemala və El Salvador sahillərində də hiss edildiyi bildirilib. Zəlzələ nəticəsində xəsarət alan olmayıb.
















