• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pandemiya bu tarixdə başa ÇATACAQ

DÜNYA

23 Sentyabr 2021 | 18:35 | Müəllif: Subhan Mahmudov

Pandemiya bu tarixdə başa ÇATACAQ

Koronavirus pandemiyası gələn ilin payızında başa çatacaq.

Bakıvaxtı.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “Moderna” əczaçılıq şirkətinin baş direktoru Stefan Bansel danışıb.

Pandemiyanın bitməsinə dair proqnozlar verən ekspert bildirib ki, qarşıdakı bir il ərzində dünya əhalisinə yetəcək qədər vaksin dozası istehsal ediləcək. Bu isə pandemiyanın bir il içində bitməsinə imkan verəcək.

“Peyvənd istehsalını sürətləndirmişik. Tezliklə uşaqların da vaksinasiyasına başlanılacaq. Peyvənd edilməyənlər də öz-özünə immunitet qazanacaqlar. Çünki Delta variantı çox yoluxucudur. Bu da nəticədə qripə bənzəyəcək. Peyvənd olunsanız, qışı yaxşı keçirəcəksiniz, peyvənd olunmayanlar isə xəstələnmək riskini gözə almalıdır. Hətta xəstəxanada müalicə ilə nəticələnə bilər” , - o, müsahibəsində qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR