“Əldə olan məlumatlara əsaslanaraq, bu və ya digər müəssisədə hansısa qapanmaya getməyi planlaşdırmırıq”,
Bakıvaxtı.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə deyib.
Nazir bildirib ki, növbəti günlər ərzində nəsə olarsa, məlumat veriləcək. Onun sözlərinə görə, əgər hansısa təhlükə yaranarsa, hansısa məktəb və ya sinif distant təhsilə keçilsə, qapanmalara gedilə bilər: “Bunu o halda edəcəyək ki, uşaqlar üçün təhlükə yaranır. Ümumi olaraq təlaş yaradan rəqəm yoxdur. Daha çox ayrı-ayrı məktəblərdən belə məlumatlar daxil olur. Əgər saylar artar, təhlükəli vəziyyət yaranarsa, məktəb və va sinifləri distant təhsilə keçirə bilərik”.
Aytac Aslan