• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Məktəbli çantasına bunları qoymayın- Mütəxəssisdən valideynlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

14 Sentyabr 2023 | 14:37 | Müəllif: Qalib İbrahimoğlu

Məktəbli çantasına bunları qoymayın- Mütəxəssisdən valideynlərə XƏBƏRDARLIQ

Yeni tədris ili başlayır. Valideynləri narahat edən məsələlərdən biri də övladlarının məktəbdə qidalanmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, aşağı sinf şagirdlərinin valideynləri uşaqlarının çantasına qida qoyarkən, bəzən düzgün seçim etmirlər. Tədqiqatlar göstərir ki, balanssız qidalanan uşaqların diqqət müddəti qısalır və öyrənmədə çətinlik çəkir.

Bəs uşaqların nahar qutularında nələr olmalıdır?

Mütəxəssislər hesab edirlər ki, uşaqlar qidalanma mövzusunda şüurlu olmadığından, ehtiyac duyduqlarını deyil, istədiklərini yemək istəyirlər. Belə olan halda da ailələrin üzərinə çox iş düşür. Məktəb yaşından bəri qazanılan sağlam və düzgün qidalanma vərdişləri insanın akademik uğuruna müsbət təsir göstərir.

Uşaqları sağlam və balanslı bəslənməyə təşviq etmək üçün hər gün eyni qidaları nahar qutularına qoymaq əvəzinə fərqli alternativlərə müraciət etmək daha düzgündür. Mütəxəssislərə görə, valideynlər uşaqlarının nahar qutusunda hər qida qrupundan yemək/içkilər olmasına əmin olmalıdərlar.  Mövsümə uyğun olaraq tərəvəz və meyvələri daxil edin. Enerji ehtiyacları üçün sağlam yağ mənbəyi olan qoz-fındıqları da əlavə edin. 7-14 yaş arası boyun ən sürətli olduğu dövrdür. Uşaqların daha çox kalsiuma ehtiyacı var, ona görə də, mütəxəssislər onların qida rasionuna mütləq süd məhsulları daxil etməyi tövsiyə edir.

Məsələ ilə bağlı qida məsələləri üzrə ekspert Ağa Salamovun Bakıvaxtı.az-a dediyinə görə, məktəbli çantasında diqqət edəcəyimiz məqamlardan biri odur ki, mövsümü meyvə və tərəvəzlərdən istifadə edilməlidir.

Mütəxəssis deyir ki, mövsümü meyvə və tərəvəzlərdən mayanezsiz (zeytun yağı ola bilər) salatlar hazırlayıb məktəblilərin çantasına qoymaq olar: “Məsələn, brokoli salatını götürə bilərik. Çünki çox faydalıdır. Kələm və kök salatı, kartof salatı və s. də olar. Meyvələrdən də təzə, mövsümdə yetişən orqanik olanlardan istifadə etmək olar".

Ağa Salamov, qida məsələləri üzrə ekspert

A.Salamov əlavə edib ki, məktəblilərin qıda çantasına risqli qidalar qoyulmamalıdır. Onun sözlərinə görə, uşaqların məktəbli çantasına toyuq salatı, kolbasa çeşidləri, kotlet və s. qoymaq yolverilməz haldır.

Müsahibimiz onu da qeyd edib ki, qida qabları adıçəkilən məhsulları yetəri qədər mühafizə edə bilmədiyi üçün də qida zəhərlənməsi baş verir: "Bu səbəbdən də şagirdlər ət məhsullarını məktəbdən alıb yesələr,  daha yaxşı olar. Belə qidaların məktəbliyə heç bir faydası yoxdur. Lakin yuxarıda qeyd etdiyimiz salatlardan istifadə etmək olar”.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026