• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur addan bomba iddia: "Hadisə və Rza Zərrab qayalıqlarda..."

MƏDƏNİYYƏT

15 Noyabr 2022 | 12:13

Məşhur addan bomba iddia: "Hadisə və Rza Zərrab qayalıqlarda..."

Beyaz TV-də yayımlanan “Söylemezsem olmaz” verilişinin şərhçisi Seren Serengil canlı yayıma damğa vuran iddialar səsləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Seren Serengil Hadisənin Ebru Gündeşlə dost olduğu zaman Zərrabla qanunsuz eşq yaşadığını iddia edib: "Rza ilə Hadisənin mesajlarını oxudum. Dözməyib Rzanın vəkilinə zəng etdim, vəkil "hə" dedi. Amma söz verdiyim üçün burda demədim”.

Qeyd edək ki, Serengil Hadisənin son konsertində "Dediklərimə görə heç kimə cavab vermək məcburiyyətində deyiləm. İndi nəsə demək istərdim, amma manşet olmaq fikrim yoxdur" sözlərinə əsəbiləşib. Ardından da hər kəsi şoka salan iddianı irəli surüb.

"Məsələn, desin ki, deyilənə görə mənim Rza ilə şəkillərim var, o fotoları bacım çəkib. Amma şəklim yoxdur, bacım şəkil çəkməyib. Məncə, əsl manşet elə budur. Deyə bilər ki, iddia edirlər, mənim qayalıqlarda Rza ilə əl-ələ tutduğum şəkillərim var, amma yoxdur”.

Seren Serengilin bu iddiası Hadisənin incidiyi bacısı Hülya Açıkgözü yada salıb. Bunu eşidənlər “Məlumatı bacısı sızdırıb?”, “İddianız varsa, sübut edin” şərhlərini yazıblar.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026