Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" verilişində müğənni Elçin Cəlilovla bağlı məlumat yayımlanıb. Bildirilib ki, ifaçının narkotikə qurşanmasına səbəb musiqiçi olub.
Bakıvaxtı.az xəbər verir ki, aparıcı Elgiz Əkbər instaqram səhifəmizdə bunla bağlı paylaşıma şərh yazıb.
"Adını demək lazımdır ki, bundan sonra bir də insanları zəhərləməsin. Reklam arasında bizə bildirildi ki, söhbət skripka ifaçısı Natiqdən gedir (Natiq Nuriyev - red.) O, musiqiçilərin evini yıxır, onları narkotikə alışdırır" deyə, Elgiz Axşam.az-ın instaqram səhifəsinə yazıb.
Axşam.az aparıcı ilə əlaqə saxlayaraq məsələ ilə bağlı sual ünvanlayıb. Elgiz "Reklam fasiləsində bizə belə dedilər. Deyirlər ki, həmin şəxsdir" cavabını verib.
Vüqar da məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O, bildirib ki, efirdə musiqiçinin adını açıqlamaq istəməyib:
"Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir. Bunu çəkinmədən deyirəm, qorxacaq heç nə yoxdur. Sadəcə, efirdə adını açıqlamaq istəmədim".
Qeyd edək ki, proqrama qonaq olan müğənni Vüqar Muradov Elçin Cəlilovun hazırda yaşayan bir musiqiçi tərəfindən narkotikə öyrəşdirildiyini söyləyib. Bununla yanaşı Əməkdar artist Rəhman Rəhmanov oğlu Emilin də həmin musiqiçi tərəfində narkotikə alışdırıldığını açıqlamışdı.
13:59
Müğənni Vüqar Muradov mərhum ifaçı Elçin Cəlilovla bağlı etiraflar edib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı bu haqda "Elgizlə izlə" verilişində bəhs edib. O bildirib ki, Elçin Cəlilovu narkotikə Xalq artisti öyrəşdirib. Həmin sənət adamının adını açıqlamayan Vüqar bunları əlavə edib:
"Onu pis yola çəkən qoca biri hələ də yaşayır. Öləndə adını açıqlayacağam. Hər zaman istedadlı insanların arxasınca iynəylə qaçıblar. İradə zəif olanda səni tez yaxalayıblar. Elçin hədsiz saf idi. Dünya boyda sənəti olanı yıxmaq üçün ancaq bu şey lazım idi".
Aparıcı Elgiz Əkbər isə "Tək Elçin deyil, bir-iki nəfərədə edib onu. Onu yolundan çıxardanın Allah bəlasını versin" deyə, söyləyib.
Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir.
Əməkdar artist Rəhman Rəhmanov müsahibələrinin birində oğlu Emil Rəhmanovu da sözügedən Xalq artistinin narkotikə öyrəşdirdiyini açıqlamışdı. O, bildirmişdi ki, həmin şəxs Elçin Cəlilovun da ölümünə səbəb olub.














jpg-1673501161.webp)


