• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Dua etdim ki, Allah oğlumu məndən əvvəl alsın" - Əməkdar artist

MƏDƏNİYYƏT

12 Yanvar 2023 | 12:26

"Dua etdim ki, Allah oğlumu məndən əvvəl alsın" - Əməkdar artist

"Kanalda mənim şəklimi verib, "Şok, şok... Aktrisanın oğlu"... Çox pis oldum. Dedim, Allah sizi elə biabır etsin ki, başınızı qaldırıb gəzə bilməyəsiniz. Məni niyə biabır edirsiniz?".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "O kimdir?" yutub layihəsində deyib. Aktrisa dünyasını dəyişən oğlundan danışıb:

"Xərçəng olanda dua etdim ki, Allah, oğlumu məndən əvvəl al. Allah bunu etdi. Oğlumdan utanmırdım, 5 dil bilirdi. Deyirdi, keçmişi geri qaytara biləydim. Allah ona bir oğul verdi, Turxan, indi Türkiyədə oxuyur. Raufun oğluna ev də almışam".

Qeyd edək ki, K.Əliyevanın oğlu Rauf narkotik istifadəçisi olub. O, həbsxanada dünyasını dəyişib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026