• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Məşhur aktrisanın üstünə qayıq sürdülər- FOTO

MƏDƏNİYYƏT

18 Iyul 2023 | 15:16

Məşhur aktrisanın üstünə qayıq sürdülər- FOTO

Aparıcı və aktrisa Gül Gölgə Muğlanın və iti Markonun başına iş gəlib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aparıcı Bodrumda bağ evinin yerləşdiyi ərazidə çimdiyi zaman həmin yerin ona aid olduğunu deyən bir şəxsin qayığını onun üstünə sürdüyünü açıqlayıb.

Verilən məlumata görə, Gölgə hüquqi mübarizəni sona qədər davam etdirərək Səlim Faiq Məlek adlı həmin şəxsdən şikayətçi olduğunu bildirib.

Faciəvi hadisədən son anda xilas olan aktrisanın sözlərinə görə, hadisədən sonra S.Faiq ona "səni bir daha burada görməyəcəyəm" deyib. "10 saniyə məəttəl qaldım, bu zaman həmin adam göyərtəyə çıxdı. Düşündüm ki, üzr istəyəcək, amma istəmədi. Mən hələ də şokda idim".

Məşhur aparıcı yaşadığı anları belə qeyd edib: "Yay aylarında burada yaşayıram. Bura ictimai yer olduğundan burada itimlə çimirəm. Hadisə artıq estakadanın qarşısında baş verib. Mən itimlə çimərkən sol tərəfdən bir qayıq çox sürətlə gəldi. Açıqlamaq asandır, amma su üzərindəki qayıqdır. Gəlsə belə qorxarsan. Gəmi çox sürətlə körpüyə yanaşdı. Təbii ki, mən donub qalmışdım, anlamağa çalışırdım. Onun bizi görməməsi mümkün deyil. Mən onun kapitanlığını sorğu-sual edəcəm”.

Xəyalə Rza


Məşhur aktrisanın üstünə qayıq sürdülər- FOTOMəşhur aktrisanın üstünə qayıq sürdülər- FOTOMəşhur aktrisanın üstünə qayıq sürdülər- FOTOMəşhur aktrisanın üstünə qayıq sürdülər- FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026