• Bakı 18° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Məşhur müğənninin səhnədə halı pisləşdi 

ŞOU

31 May 2026 | 21:02

Məşhur müğənninin səhnədə halı pisləşdi 

Türkiyəli məşhur müğənni Haluk Leventin konsert zamanı halı pisləşib.

Bakıvaxtı.az “Sözçü”yə istinadən xəbər verir ki, o, Tokatda səhnəyə çıxıb.

Haluk Levent mayın 20-də mədə qanaxması keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. Həkimlər sənətçiyə ən azı 15 gün dincəlməyi və konsertlərini təxirə salmağı məsləhət görüb. Lakin H.Levent buna əhəmiyyət verməyib. 

O, mayın 31-də Tokatda minlərlə insan qatıldığı konsertdə səhnəyə çıxıb. Bir müddət mahnılarını ifa edən sənətçinin qəfildən halı pisləşib. Bu səbəbdən konserti yarıda saxlayıb.

Qeyd edək ki, sənətçi Eskişehirdəki konsertindən sonra Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin təşkilatçılığı (AFAD) ilə baş tutacaq görüşə gedərkən mədə qanaxması keçirdiyindən xəstəxanaya yerləşdirilmişdi.


SON XƏBƏRLƏR

30 May 2026