• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur restoran CƏRİMƏLƏNDİ

CƏMİYYƏT

27 Iyul 2023 | 16:22

Məşhur restoran CƏRİMƏLƏNDİ

Restoran sahəsində fəalliyyət göstərən “Neshve Baku" MMC istehlakçıların hüquqlarının pozulmasına görə məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki,  “Neshve Baku" barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi əsasında protokol tərtib olunaraq iş Nərimanov rayon Məhkəməsinə göndərilib.

Məcəllənin 447.0.4-cü maddəsində qeyd edilib ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

İş hakim Xalidə Əlisoyun sədrliyilə araşdırılacaq. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026