• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Məşhur seysmoloqdan zəlzələ xəbərdarlığı: 7 bal və daha güclü...

DÜNYA

01 Mart 2024 | 20:27

Məşhur seysmoloqdan zəlzələ xəbərdarlığı: 7 bal və daha güclü...

Türkiyə Elmlər Akademiyasının üzvü, professor Naci Görür "Türkiyənin hər yerində səhər yuxudan duranda 7 və daha çox bal gücündə zəlzələ ola bilər" deyə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin zəlzələlərdən xilas ola bilməyəcəyinə işarə edən alim, yeraltı təkanlara davamlı yaşayış sahələrinin yaradılmasının vacibliyini vurğulayıb:

"Hər zəlzələdə bir gecədə 80-90 min insanı dəfn edə bilmərik. Bu bizə yaraşmır. Səhər oyananda Türkiyənin hər yerində 7 bal və ya daha böyük gücdə zəlzələ ola bilər. Bu da böyük fəlakətlərə səbəb olur. İtkilərimiz çoxdur. Tükiyədə 5 baldan yuxarı zəlzələlər ölümə səbəb olur. Bunu həll etməliyik"./publika.az


SON XƏBƏRLƏR

26 Iyul 2024