PSJ-nin futbolçusu Lionel Messi klub rəhbərliyinə Paris təmsilçisindən ayrılmayacağını deyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu rəhbərliyə Çempionlar Liqasında mübarizəni dayandırdıqları üçün məyus olduğunu söyləyib. Messi PSJ-yə əsəb yerə keçmədiyini sübut etməyə çalışacağını vurğulayıb.
Qeyd edək ki, Messi ötən ilin yayında azad agent kimi PSJ-yə keçib.
Xatırladaq ki, 34 yaşlı oyunçunun "Barselona" qayıtmaq istədiyi barədə xəbərlər yayılmışdı.
















