• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qalatasaray” Ukraynaya dəstək matçında “Dinamo”ya uduzub

İDMAN

14 Aprel 2022 | 22:17 | Müəllif: Subhan Mahmudov

“Qalatasaray” Ukraynaya dəstək matçında “Dinamo”ya uduzub

Türkiyənin “Qalatasaray” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında xeyriyyə oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, NEF stadionunda baş tutan qarşılaşma Kiyev təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Start fitindən öncə Ukraynadakı müharibə səbəbindən dünyasını dəyişən insanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Oyuna gəlincə, hesabı 14-cü dəqiqədə qonaqlardan Vitali Buyalski açıb. 28-ci dəqiqədə Artyom Besedin fərqi artırıb. 56-cı dəqiqədə Barış Alper Yılmaz buraxılan toplardan birinin əvəzini çıxıb. 80-ci dəqiqədə fərqlənən Viktor Tsıqankov isə yekun hesabı müəyyənləşdirib.

Bilet satışından əldə edilən bütün gəlir müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.

Qeyd edək ki, Ukrayna təmsilçisi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu, həmçinin Polşanın “Legiya”, Rumıniyanın “Styaua” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları ilə də xeyriyyə görüşündə üz-üzə gələcək.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026