• Bakı 22° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Messi tarixi rekordu təkrarlaya bilər

İDMAN

21 Noyabr 2023 | 10:37

Messi tarixi rekordu təkrarlaya bilər

Argentina millisinin kapitanı Lionel Messi tarixi rekordu təkrarlaya bilər.

Bakıvaxtı.az xəbər verir ki, 36 yaşlı futbolçu bunun üçün DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya ilə keçiriləcək oyunda qol vurmalıdır.

O, seçmə mərhələlərdə indiyə qədər üz-üzə gəldiyi rəqiblərdən yalnız Braziliyanın qapısına yol tapa bilməyib. Ulduz futbolçu “pentakampeonlar”la matçda tilsimi qırmağı bacarsa, Cənubi Amerika zonasında seçmə mərhələlərdə bütün komandalara qol vuran 5-ci oyunçu olacaq.

Hazırda ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və çilili Aleksis Sançes bu rekorda şərikdirlər.

Qeyd edək ki, seçmə mərhələnin VI turunun Braziliya – Argentina görüşü noyabrın 22-də keçiriləcək. Hazırda son dünya çempionu 12 xalla turnir cədvəlinə başçılıq edir, “sambaçılar” isə 7 xalla 5-ci pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026