• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mətanətdən sərt sözlər: “Əvvəl oxumağı öyrənin”

MƏDƏNİYYƏT

15 Fevral 2024 | 09:24

Mətanətdən sərt sözlər: “Əvvəl oxumağı öyrənin”

“Nə qədər olacaq bu biabırçılıq? Birinci bu oxumağı öyrənin, sonra da...”

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədov deyib.

İfaçı fonoqram ifa edən həmkarlarından gileylənib:

“Biz illərlə nə efirə gəlmişik, nə də toya getmişik. Öyrənmişik. Özünüzü elə yekə-yekə aparırsınız ki...”

Müğənni başına gələn hadisədən də danışıb:

 “Günlərin birində məni Göyçaya toya dəvət etdilər. Həmin gün mənim məclisim var idi, həm də qonorar məni qane etmədi deyə, getmədim. Dedim ki, sən fonoqram oxuyana o qədər pul verirsən, mən sənin öz yerlinəm, bu cür də oxuyuram. Sən mənə necə az pul verib, aşağılayırsan?”

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026