• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Metronun Rusiyadan aldığı sonuncu 2 qatar Bakıya çatıb

İQTİSADİYYAT

05 Noyabr 2022 | 14:18 | Müəllif: Subhan Mahmudov

Metronun Rusiyadan aldığı sonuncu 2 qatar Bakıya çatıb

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı sonuncu 2 qatar Azərbaycan paytaxtına çatıb.

Bu barədə Bakıvaxtı.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, hazırda vaqonlar depodadır: "Sazlanma, sınaq və tənzimlənmə prosesindən sonra qatarlar xəttə buraxılacaq.

Bununla da Bakı metrosunda yeni qatarların sayı 23-ə, vaqonlarln sayı isə 115-ə çatıb".

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026