• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Millimizin keçmiş üzvü  Rusiya ordusuna çağırıldı

İDMAN

28 Sentyabr 2022 | 14:47

Millimizin keçmiş üzvü  Rusiya ordusuna çağırıldı

Azərbaycan millisinin keçmiş futbolçusu Emin Ağayev Rusiya ordusunda xidmət edə bilər.

Bakıvaxtı.az  azerisport.com-a istinadən xəbər verir ki, 49 yaşlı futbol veteranı Ukraynayla müharibə ilə əlaqədar səfərbərlik çərçivəsində silahlı qoşunların sıralarına çağırılıb.

Qeydiyyatda olduğu rayon üzrə hərbi komissarlığa yollanan Ağayev zəruri müayinələrdən keçib. Ona lazım gələcəyi vaxt Ukrayna ilə müharibəyə yollanacağı bildirilib.

1992-ci ildə “Neftçi” ilə Azərbaycan çempionu olan müdafiəçi, sonradan Rusiyaya köçüb. Uzun illər oynadığı bu ölkədə vətəndaşlıq alan Ağayev bir neçə mövsüm “Səbail”in məşqçilər korpusunda yer alıb.


SON XƏBƏRLƏR