• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mingəçevir su anbarında batan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

CƏMİYYƏT

13 Oktyabr 2023 | 12:57

Mingəçevir su anbarında batan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

"Mingəçevir" su anbarında batan şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxsin Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Bayramov Sərdar Valeh oğlu olduğu məlum olub.

Qeyd edək ki, həmin şəxs balıqçı olub və yaxınları onun dünəndən itkin düşüdüyünü bildirib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

12:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026