• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Möhyəddin Orucova hökm oxundu

HADİSƏ

25 Fevral 2025 | 13:28

Möhyəddin Orucova hökm oxundu

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Möhyəddin Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, "İşçi Masa"sının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.

    Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Möhyəddin Orucova barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

    Bundan əvvəl də o, 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası alıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Noyabr 2026