• Bakı 8° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Moruq haqqında bimədiklərimiz

CƏMİYYƏT

30 Iyul 2022 | 02:18 | Müəllif: Qalib İbrahimoğlu

Moruq haqqında bimədiklərimiz

Tədqiqatlar göstərir ki, bəzi qidaların az miqdarda qəbulu dad reseptorlarını tamamlamaqla yanaşı, qanda şəkərin səviyyəsini də aşağı sala bilər. 

Bakıvaxtı.az xəbər verir ki, məlumatlar hətta bəzi qidaların xəstəliyin riskini tamamilə azalda biləcəyini də sübuta yetirir.

İkinci tip şəkərli diabet insulin istehsalının pozulması nəticəsində yaranır. Bədən ya kifayət qədər hormon istehsal etmək üçün səy göstərir, ya da istehsal olunan hormon düzgün şəkildə işləmir. Bu əsas mexanizm olmadan qanda qlükoza səviyyəsi təhlükəli səviyyələrə yüksələ bilər. Daha təhlükəlisi odur ki, hazırkı proqnozlar xəbərdarlıq edir ki, 2030-cu ilə qədər 5,5 milyon insan diabet xəstəliyinə tutulacaq. Bu, həyəcanlandırıcı rəqəmdir.

"Qida ikinci tip diabet üçün tətikləyici mexanizm ola biləcəyinə baxmayaraq, düzgün seçim etdiyiniz təqdirdə xəstəliyin öhdəsindən gəlməyə də kömək edə bilər. İki araşdırma göstərir ki, şirin qırmızı meyvələr yemək xəstəliyin qarşısını almaqla yanaşı, qanda şəkərin səviyyəsini aşağı salmağa kömək edə bilər. Bu faydaları təklif edən şirəli giləmeyvə moruqdur”, - deyə terapevt İrina Andreeva bildirib.

32 yetkin insanı araşdırdıqdan sonra tədqiqatçılar sınaqdan keçirilənlərə ya 125 qram dondurulmuş qırmızı moruq verir, ya da heç bir şey vermirlər. Təsiri müşahidə etmək üçün sınaq yüksək karbohidratlı səhər yeməyi ilə də müşayiət olunurdu. Yeməkdən sonra tədqiqatçılar müxtəlif vaxtlarda iştirakçılardan qan nümunələri götürürdülər. Moruq qəbuldan iki saat sonra qan şəkərinin səviyyəsini aşağı sala bilir.

Bu məlumatlar göstərir ki, moruq prediabet və insulinə davamlılığı olan insanlarda qanda şəkərin səviyyəsinə nəzarət etməyə kömək edə bilər.

Ümumiyyətlə, moruq turşularla zəngin olub, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Meyvənin tərkibində olan "C" vitamini orqanizmdə xalistini azaldır və ürək-damar xəstəliyinin yaranma ehtimalını zəiflədir. Moruq çoxlu miqdarda hüceyrələrdən ibarətdir. Bir fincan moruqda 60 kalori, 1 qr yağ və 8 qr hodro karbon var.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR