Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində, Kaçalınsk küçəsində yaşayış binasında partlayış olub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, binanın 8-ci mərtəbəsində partlayış olub. Hadisə yerinə y FHN qüvvələri, təcili tibbi yardım və Moskva qaz istismarı idarəsindən briqada cəlb edilib.
Partlayışın baş vermə səbəbi araşdırılır.















