• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

MOSSAD HƏMAS-la bağlı xəbərdarlıq edibmiş…

DÜNYA

17 Dekabr 2023 | 11:03 | Müəllif: Subhan Mahmudov

MOSSAD HƏMAS-la bağlı xəbərdarlıq edibmiş…

İsrail kəşfiyyatı HƏMAS-ın hücumundan əvvəl bir sıra investisiya şirkətləri vasitəsilə hərəkatın milyonlarla maliyyələşdirildiyini bilirdi və bunun dayandırılması planlarını təklif edirdi, lakin rəhbərlik buna məhəl qoymadı.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Nyu York Tayms" nəşri bir sıra mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazır ki, HƏMAS-ın Sudanda mədən, quşçuluq və yol tikinti şirkətləri, BƏƏ-də tikinti şirkəti, Əlcəzairdə daşınmaz əmlakın inkişafı şirkəti, eləcə də Türkiyə birjasında siyahıya alınmış daşınmaz əmlak şirkəti olub.

İstintaq müəyyən edib ki, yüksək vəzifəli İsrail və Amerika rəsmiləri maliyyə kəşfiyyatına üstünlük vermirlər. Bütün bunlar isə şirkətlərdən HƏMAS-a yeni silahlar alarkən və hücuma hazırlaşarkən on milyonlarla dolların necə axdığını göstərir./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026